İnsanlara hürriyət, millətlərə istiqlal!

"WhatsApp"da gözlənilən yeni funksiya: Bundan sonra...

"WhatsApp"da istifadəçilərin məxfiliyini artırmaq üçün yeni funksiya işə salınır. Yenilik "WhatsApp"ın beta 2.23.8.2 versiyasında görülüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Sözügedən funksiya yalnız barmaq izi və ya parol ilə girişi təmin edərək fərdi söhbətləri kilidləməyə (bloklamağa) imkan verir.

Beləliklə, istifadəçinin yazışmaları üçüncü tərəflərdən qorunur.

Qeyd olunur ki, bloklanmış söhbətə göndərilən foto və ya video kimi media faylları avtomatik olaraq cihazın yaddaşında saxlanmayacaq.

Yeni funksiya gələcək messencer yeniləməsində əlavə olunacaq.

Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR