İnsanlara hürriyət, millətlərə istiqlal!

Vurulan AZAL təyyarəsi ilə bağlı ŞOK GƏLİŞMƏ: “Qara qutu” TOKAYEVİN ƏLİNDƏ! CANLI

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək. Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, gəldikdən sonra ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq. Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Ukraynanın Hərbi Hava Qüvvələrinin təmsilçisi Yuri İqnat 13 dekabrda baş verən genişmiqyaslı raket və dron hücumu zamanı Ukrayna pilotunun F-16 qırıcısı ilə Rusiya ordusuna məxsus 6 qanadlı raketi vurduğunu açıqlayıb.

Musavat.com bu barədə Ukrayna mediasına istinadla xəbər verir. İqnatın sözlərinə görə, bu, F-16 qırıcısının bir uçuşda 6 raket vurduğu ilk hadisə kimi tarixə düşüb. F-16 təyyarəsində yalnız 4 “hava-hava” tipli raket yerləşdirilə bilər.

Pilot 4 raketi vurduqdan sonra iki düşmən raketini təyyarənin aviatopundan istifadə edərək məhv edib. Bu, pilotun yüksək səviyyəli peşəkarlığını və F-16-nın döyüş qabiliyyətini bir daha sübut edir. Ukrayna Hərbi Hava Qüvvələri bu uğurun genişmiqyaslı hücumların qarşısını almaq və hava hücumundan müdafiə güclərini artırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Azər Həsrət cavablandırır.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR