İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Əhmədov Qubada vətəndaşları qəbul etdi

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qubada Heydər Əliyev mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Musavat.com Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri ilə yanaşı regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR