İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayranov Qayıdış qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib

Deputatlığa namizəd Vüqar Bayramov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib.

Görüşdə çıxış edən ziyalılar  Zakir İbişov və Güloğlan Məmmədov namizəd ilə bağlı fikirlərini bölüşüblər. Onlar namizədin VI Çağrış müddətində seçiciləri ilə sıx ünsiyyət qurmasını yüksək qiymətləndirərək qəsəbə sakinlərini seçkidə fəal iştiraka dəvət ediblər. 

Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirib ki, namizəd daimi olaraq şəhid ailələrinin və qazilərinin yanında olmuşdur. Müharibədən sonra o hər bir şəhid ailəsini ziyarət edərək qayğılarını dinlədi və imkanları daxilində dəstək olmağa çalışdı. A. Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.

Vüqar Bayramov çıxış edərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq hər bir sakinin cəmiyyətin daha da inkişaf etməsinə fəal töhvəsinin artırılmasına çalışmasının vacibliyini vurğulayıb. Ötən müddətdə Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiyi bildirilərək əlavə edildi ki, bu müddət ərzində ünvanımıza 4898 müraciət daxil olmuşdur. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla yazılı və şifahi şəkildə ünvanlanmışdır.

Müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq.

Daha sonra çıxış edən qəsəbə sakinləri onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR