İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç Ukraynaya silah verilməsindən DANIŞDI - Yalnız Azərbaycan, Kipr və BƏƏ ilə...

Belqrad xarici ölkələrə hərbi məhsullar tədarükünü qanuni şəkildə həyata keçirir və buna bəhanə gətirmək niyyətində deyil.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində bildirib.

Prezidentin sözlərinə görə, Serbiyanın hərbi məhsulların tədarükü ilə bağlı yalnız Azərbaycan, Kipr və Birləşmiş Ərəb Əmirlikləri ilə müqavilələri var. Başqa ölkələrlə analoji müqavilələr yoxdur.

Serbiya prezidenti vurğulayıb ki, Belqrad silahlarının Ukrayna münaqişə zonasına düşməməsi üçün son dərəcə məsuliyyət daşıyır.

Vuçiç qeyd edib ki, Qərb və regional mediada Serbiyanın Ukraynaya sursat tədarükü mövzusunun təbliği Belqrad və Moskva arasında münasibətləri çətinləşdirməyə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR