İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiç: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır

Qərb ölkələri hazırda fəal şəkildə Rusiya ilə birbaşa münaqişəyə hazırlaşır.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink" telekanalında deyib.

"Qərb ölkələri hərbi əməliyyatları uzaqdan, başqasının vasitəsilə aparmaq istəyir. Onlar hazırda Rusiya ilə birbaşa münaqişəyə hazır deyillər. Hazır olacaqlarmı? Hesab edirəm ki, onlar artıq Rusiya ilə münaqişəyə daha sürətlə hazırlaşırlar”, - dövlət başçısı bildirib.

Bundan əvvəl Serbiya lideri bəyan edib ki, Qərb ölkələri yalnız Rusiyanın böyük miqdarda neft, qaz, fosfat, qızıl və gümüş ehtiyatlarına malik olmasında maraqlıdır.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR