İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib -YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında keçirilən görüş başa çatıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Sədri artıq Kremli tərk edib. Tərəflər arasında danışıqlar təxminən 4 saat 30 dəqiqə davam edib.

***

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

Musavat.com report-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Martın 21-də S.Cinpin və V.Putin arasında görüş olacaq. Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri martın 22-də başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR