İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Kazimirov yenidən “dirildi": “Qarabağla bağlı istənilən müzakirə....”

“Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri kifayət qədər qeyri-müəyyəndir”.

Musavat.com xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov Ermənistanın NEWS.am agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki tərəfdən müsbət addımlar atıldığı görünür. Çox güman ki, bu prosesə gələcəkdə Türkiyə də qoşulacaq”, - deyə o, bildirib.

Lakin Kazimirov daha sonra əsl xislətini ortaya çıxarıb. Ona görə, bu məsələdə müsbət cəhətlərdən çox mənfi aspektlər müşahidə edilməkdədir. Və təbii ki, Rusiyalı keçmiş həmsədrə görə “bunların bir çoxu Azərbaycanla bağlıdır”.

“Siz özünüz də Azərbaycanın Ermənistanın ərazisinə çıxmaqla bağlı cəhdlərini və başqa hüquq pozuntularını bilirsiniz”, - deyə keçmiş diplomat ölkəmizə qarşı kinini və qərəzli mövqeyindən hələ də əl çəkmədiyini bu sözlərlə nümayiş etdirib.

Vladimir Kazimirov bununla da dayanmayıb. Onun fikrincə, Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirə “Azərbaycanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyən bir tərəf kimi pislənməsi ilə başlamalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR