İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Cabbarov: "Rusiya ATƏT-dən çıxmayacaq"

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxmayacaq. Digər iştirakçıların təzyiqlərinə baxmayaraq, Moskvanı təcrid etmək üçün Rusiyasız yeni təşkilat yaratmaq lazım gələcək.

AZƏRTAC xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının qış sessiyasının yekunlarına dair Rusiya nümayəndə heyətinin mətbuat konfransında Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

“Biz ATƏT-dəki tərəfdaşlarımızı tərk etməyəcəyik. Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradıcılarıyıq, bizi təcrid etmək mümkün olmayacaq. Əgər bizi təcrid etmək istəyirlərsə, onda başqa təşkilat yaratmalı olacaqlar” - deyə, o bildirib.

Qeyd edək ki, ATƏT PA-nın Daimi Komitəsi 2022-ci ilin noyabrında Rusiyanın bu təşkilatdakı üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul edə bilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR