Onlayn ictimai-siyasi qəzet
44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya azərbaycanlı sevgilisi, 31 yaşlı iş adamı Ruslan Həsənovla ayrılmasından danışıb.
O, ayrılıqlarına səbəb olan amillərdən birinin iş adamı ilə aralarındakı yaş fərqi olduğunu etiraf edib.
“Ruslan heyrətamiz bir gəncdir və mən onu sevdiyim kimi o da məni çox sevirdi. Sadəcə, bəzən insanlar bir-birinə nəfəs verməli olurlar” deyə, teleaparıcı özündən 14 yaş kiçik olan eks-sevgilisi haqqında bildirib.
Qeyd edək ki, Viktoriya başqa qadınla rəsmi nikahda olan Ruslanla münasibətini iki il gizlədib. 2023-cü ilin oktyabrında onlar birlikdə gəzməyə və fotolar paylaşmağa başlayıblar. Bonya sevgilisini boşanmağa sövq etmədiyini, sadəcə onunla mehriban ünsiyyət qurduğunu bildirib.
Viktoriyanın sözlərinə görə, Ruslan həyat yoldaşına ayrılmalarını dedikdən sonra onlar münasibətə başlayıblar. Teleaparıcı onu da qeyd edib ki, boşanma prosesi Ruslanın həyat yoldaşına görə ləngiyib.
Fevralda isə Viktoriya sevgilisindən ayrıldığını açıqlayıb. (Axşam.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ