Onlayn ictimai-siyasi qəzet
Şənbə və bazar günləri ayrı-ayrı vətəndaşlara məxsus 4120 avro, 1950 manat, 500 manat, 900 manat, 50 manat, 8400 manat, 2500 manat, 231 dollar, 306 manat, 10 manat, 142 manat, 250 manat, 1200 manat, 140 manat, 199 manat, 970 manat, 9582 manat, 120 manat, 1550 manat, 224 manat, 1940 manat, 100 manat, 2300 manat, 95 manat, 4035 manat, 1200 manat, 180 manat pul vəsaitlərini onlayn qaydada başqa-başqa xarici hesablara köçürülməklə naməlum şəxslər tərəfindən oğurlanıb.
Musavat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O bildirib ki, hər bir fakt kart sahibinin ehtiyatsızlığdan, şəxsi məlumatları tanımadığı şəxsə ötürməsindən və hansısa bahalı əşyanı ucuz qiymətə almaq niyətindən baş verib.
"Xahiş edirik, vətəndaşları məlumatlandırın" - E. Hacıyev əlavə edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ