İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs məhkəmə qarşısına çıxarılır

44 günlük Vətən müharibəsi iştirakçısı Niyaməddin Muradovu qətlə yetirməkdə ittiham olunan 23 yaşlı Bəxtiyar Qarayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icaraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 13-də keçiriləcək.

Qətl hadisəsi bu il avqustun 15-də gecə saatlarında paytaxtın Nəsimi rayonu 3-cü Alatava ərazisində baş verib. Qarabağ qazisi Niyaməddin Muradov bir nəfər şəxsin qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. Dərhal həmin şəxsin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb. Bu zaman qadını döyən şəxs qazini ürəyindən bıçaqla vurub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Xatırladaq ki, Niyaməddin Muradov 27 oktyabr 1998-ci ildə Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. O,  könüllü olaraq Vətən müharibəsinə qatılıb və Qubadlı, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edib. “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Niyaməddin Muradov Bakıda gecə növbəsində mühafizəçi işləyib.

E.MƏMMDƏƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR