Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(CRU) Çin, İran və Şimali Koreyada məlumat verənləri işə götürmək üçün yeni bir kampaniya edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, İdarənin “vakansiya” elanında analoji kampaniyanın Rusiyada ciddi uğur gətirdiyi qeyd olunub.
ABŞ-ın yüksək səviyyəli kəşfiyyat agentliyi özünün X, Facebook, Instagram, Telegram, Linkedin və Dark Web sosial media hesablarında agentliklə təhlükəsiz əlaqə saxlamaq üçün Çin, Fars və Koreya dillərində təlimatlar yerləşdirib: “Bu sahədəki səylərimiz Rusiyada uğurlu oldu və biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim biznes üçün açıq olduğumuzu bilsinlər”.
Youtube-da yerləşdirilən, yalnız yazılı təlimatları ehtiva edən çin dilli video fərdlərə təhlükəsiz, şifrələnmiş virtual şəxsi şəbəkələrdən (VPN) və ya TOR şəbəkəsindən istifadə edərək CIA-nın rəsmi saytı vasitəsilə əlaqə saxlamağı tövsiyə edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ