İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vəkilliyə dəstək və diqqət göstərən dövlət qurumları arasında Ədliyyə Nazirliyi ilk sıradadır"

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında vəkillik sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, vəkillərin elektron məhkəmə sisteminə inteqrasiyası və sair tövsiyə edilib".

Musavat.com E-huquq.az-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

Sədr qeyd edib ki, əsas məqsəd vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır: "Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bu gün istifadəyə verilən "Vəkillərin onlayn tədris platforması" da uzun müddətdir üzərində işlədiyimiz bir layihədir. Bu platforma üzərindən vəkillər elektron qaydada öz bilik və bacarıqlarını artıra biləcəklər. Hesab edirəm ki, platformada təlimlərin sayı artırılmalıdır. Ümumiyyətlə, biz son illərdə vəkillik sahəsində bir çox yeniliklərə imza atmışıq. Yeni layihələr, yeni təşəbbüslər həyata keçiririk. Heç bir ideyamız kağız üzərində qalmır. Biz hamısını reallaşdırırıq. Təbii ki, bu işdə dövlətimiz, dövlət qurumları bizə dəstək olur. Ədliyyə Nazirliyi isə bizə dəstək göstərən qurumlar arasında birinci sıradadır. Başda cənab nazir Fikrət Məmmədov olmaqla, Ədliyyə Nazirliyinə təşəkkür edirik".

A.Bağırov bildirib ki, bu gün vəkilləri narahat edən məsələlərdən biri də vəkil sorğularının kağız daşıyıcıda göndərilməsidir. "Bu, bəzən neqativ hallara, prosessual pozuntulara gətirib çıxarır. Hesab edirik ki, vəkil sorğularının elektron qaydada göndərilməsi bizim işimizi daha rahat, səmərəli edər və vaxt itkisinin qarşısını alar. Bu məsələdə Ədliyyə Nazirliyindən dəstək istəyirik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR