İnsanlara hürriyət, millətlərə istiqlal!

Edinburqdan Türkiyəyə gedən təyyarə məcburi eniş etdi - Sərnişinlər bir-birinə tüpürürmüş

Sərnişinlərin bir-birinə tüpürməsi səbəbilə Edinburqdan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə məcburi eniş edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Edinburq aeroportu məlumat yayıb.

Bildirilib ki, "Scots Jet2" təyyarəsinin sərnişinləri arasında dava çıxıb. Onlar bir-birlərinə tüpürməyə başlayanda təyyarə Almaniyanın Köln şəhərində məcburi eniş edib.

Məlumata görə, mübahisəni yaradan sərnişin sərxoş olub. Polis müşayiəti ilə təyyarədən düşən şəxs son ana kimi digər sərnişinləri təhqir etməkdən əl çəkməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR