İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Paşinyan açıqladı: Zəngəzur dəhlizi Rusiya FTX-ya verilir - CANLI

Rusiya FTX nümayəndələrinə yalnız Zəngəzurda yola nəzarət funksiyası verilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.

O, 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib, “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət yetirib:

“Bu yaxınlarda müəyyən dairədə bu məsələ səsləndi və mən soruşdum ki, bu nə deməkdir, kim izah edə bilər ki, nə başa düşülür. Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini müşahidə etmək üçün hansısa monitorinq funksiyası verilə bilər”.

O iddia edib ki, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR