Onlayn ictimai-siyasi qəzet
"La Şatenyere" klubunun yarımmüdafiəçisi Aleksis Leskayl 34 yaşında vəfat edib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, oktyabrın 5-də Fransanın "Anje"nin əvəzedici komandası ilə beşinci divizionun matçında futbolçunun anevrizması yırtılıb.
Leskayl huşunu itirib və yerli xəstəxanaya aparılıb.
Nant xəstəxanasına köçürülən futbolçu oktyabrın 6-da orada əməliyyat olunub. Lakin onun nin həyatını xilas etmək mümkün olmayıb. Aleksis ktyabrın 10-da vəfat edib.
Faciə ilə əlaqədar oktyabrın 12-13-də klub sistemində heç bir komanda oynamayacaq.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ