İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın NATO-dakı səfirini ONLAR soyubmuş: BİRİ saxlanıldı

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və onun həyat yoldaşına hücum edən cinayətkarlardan biri saxlanılıb.

Musavat.com xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.

“Azərbaycan səfirini qəddarcasına talamaqda ittiham olunan bir nəfər artıq həbsdədir. İndi onunla bağlı ətraflı məlumat verə bilmərik”, - Brüssel prokurorluğunun sözçüsü Amauri Verhustraten bildirib.

Qeyd edək ki, səfir və xanımına hücum avqustun 5-də baş verib. Diplomat və həyat yoldaşı səhər saatlarında Brüsseldə Luiza prospekti ilə gəzərkən skuterli iki şəxsin hücumuna məruz qalıblar.

Soyğunçulardan biri tapança ilə cütlüyün başına zərbələr endirib və bundan sonra 90 min avro dəyərində olan “Rolex” saatı oğurlayaraq qaçıb. Hücum nəticəsində səfirin həyat yoldaşı ağır xəsarətlər alıb və çoxlu qan itirib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bu işdə şübhəli bilinən bir nəfər azyaşlı əvvəllər saxlanılıb. Lakin istintaq müəyyən edib ki, cinayətkarlardan biri günahı onun üzərinə atmağa cəhd edib. Azyaşlı 12 gündən sonra sərbəst buraxılıb. İkinci cinayətkar hələ də saxlanılmayıb.

Səfir hadisədən sonra açıqlamasında mediada qeyd olunan oğurlanmış saatın qiymətinin xeyli şişirdildiyini və 90 min avro təşkil etmədiyini bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR