Onlayn ictimai-siyasi qəzet
Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö deyib ki, Ukraynada nə münaqişənin hərbi yolla həlli, nə də sülhün əldə olunması hələlik göz önündə deyil və Qərbin ona yardım resursları getdikcə azalır.
Musavat.com xəbər verir ki, eks-prezidentin sözlərini yerli “Yle” saytı sitat gətirib.
Siyasətçi qeyd edib ki, Qərbin Ukraynaya dəstəyi geniş miqyaslı olub, lakin yardım resursları tükənmək üzrədir. Onun sözlərinə görə, Rusiya Ukraynada istifadə etdiyindən daha çox silah istehsal edir. Niinistö bunu Rusiya Federasiyasının öz hərbi qüdrətini artırmağa yönəldiyinin əlaməti adlandırıb.
Finlandiyanın eks-prezidenti Ukraynanın yalnız Kiyevin nəzarətində olan ərazilər üçün NATO himayəsi və üzvlüyünü ala biləcəyi fikrini də şərh edib.
“Məqsəd döyüşləri dayandırmaqdır, hətta Rusiya Ukrayna ərazisinin bir hissəsini işğal etməkdə davam etsə belə, NATO sərhədinin respublika ərazisindən çəkilməsi Rusiya Federasiyası ilə Qərb arasında uzunmüddətli gərginliyə səbəb olacaq”,- Niinistö deyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ