İnsanlara hürriyət, millətlərə istiqlal!

Vayra Vike-Freyberqa: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yardım etmək lazımdır”

“Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Amma bu gün Azərbaycanla Ermənistan arasında gərginlik azalmayıb və biz bu ölkələr arasında sülhə kömək etməliyik”.

“Report” xəbər verir ki, bunu Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O, vacib məsələləri müzakirə etməyə imkan verən tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.

“Bu gün biz bütün beynəlxalq qaydalara zidd olan Rusiya təcavüzünün geri qayıtmasının şahidi oluruq. Belə təcavüz çox sayda insanın qaçqına çevrilməsinə, dağıntılara səbəb olur”, - Latviyanın sabiq prezidenti vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR