İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda İran rejimi əleyhinə etiraz aksiyası - Video, FOTOLAR

Dekabrın 3-də Vaşinqtonda - Ağ Evin önündə Güney və Quzey Azərbaycandan, həmçinin Türkiyədən olan bir qrup soydaşımız Güney Azərbaycana dəstək aksiyası keçirib.

Musavat.com xəbər verir ki, aksiyada özəlliklə son aylarda İranda dinc nümayişçilərə qarşı edilən vəhşiliklər qınanıb, həbs edilən soydaşlarımızın azadlığa buraxılması və bir çox dinc aksiya iştirakçısı barəsində fars-molla rejimi tərəfindən çıxarılmış ölüm hökmlərinin ləğv edilməsi tələb olunub.

Aksiya iştirakçıları tərəfindən həm Azərbaycan türkcəsində, həm də ingiliscə "Güney Azərbaycana Azadlıq", "Rədd olsun diktator Xamenei rejimi", "Azadlıq, Ədalət, Milli Hökumət", "Güney Azərbaycan İran deyil" kimi şüarlar səsləndirilib, həmçinin dinc nümayişlər zamanı qətlə yetirilən soydaşlarımızın, eyni zamanda həbs edilən bir çox milli fəalın şəkilləri olan plakatlar qaldırılıb.

Sonda piketin ingiliscə qətnaməsi oxunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR