İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton merinə ŞOK

ABŞ Ədliyyə Nazirliyi Vaşinqton şəhərinin meri Muriel Bouzer barəsində xarici maliyyələşdirmə və mümkün rüşvət ittihamları ilə bağlı istintaqa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

İstintaqın mərkəzində merin Qətərin maliyyələşdirdiyi ehtimal edilən xarici səfəri dayanır.

Mənbələrin bildirdiyinə görə, araşdırma bir neçə aydır davam edir və seçki kampaniyalarının maliyyələşdirilməsi qaydalarının və antikorrupsiya qanunlarının pozulması ilə əlaqələndirilir. 

Merin ofisi “The New York Times”a bildirib ki, onlar istintaqdan xəbərsizdirlər:

“Bu, işgüzar səfər olub. Vaşinqton nümayəndələri investisiya və iqtisadi inkişaf imkanlarını təşviq etmək üçün belə səfərləri mütəmadi olaraq həyata keçirirlər”.

Muriel Bouzer Demokratlar Partiyasının üzvüdür və 2015-ci ildən Vaşinqton şəhərinin meridir. 2023-cü ildə o, dörd əməkdaşı ilə birlikdə BMT-nin iqlim konfransında iştirak etmək üçün Dubaya səfər edib. Rəsmi məlumatda bu səfərin ABŞ Merlərinin Konfransı tərəfindən maliyyələşdirildiyi qeyd olunmuşdu. Lakin sonradan məlum olub ki, təşkilat yalnız səfərin bir hissəsini ödəyib və Bouzer Dubaya Qətərin paytaxtı Dohadan uçub.

İddiaya görə, Muriel Bouzerin Dohaya səfəri üçün 61 min dollardan çox vəsaiti məhz Qətər hökuməti təmin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR