Onlayn ictimai-siyasi qəzet
Son illər Azərbaycanda xərçəng xəstəliyinin sürətlə artması cəmiyyət arasında ciddi narahatlıq doğurur. “Əsrin bəlası” adlandırılan bu amansız xəstəlik artıq yalnız yaşlı insanları deyil, gəncləri də hədəf alır. Onkoloji mərkəzlərdə müraciətlərin çoxalması, xəstəliyin erkən mərhələdə aşkar edilməməsi və bəzən müalicə protokollarının gözlənilən nəticəni verməməsi, bu sahədə yeni suallar doğurur.

Məsələnin ciddiliyi ondan ibarətdir ki, artıq bir çox hallarda xəstələr xəstəliyin səbəblərini deyil, müalicənin effektivliyini belə şübhə altına alırlar. Qidalanma vərdişləri, stress, ekologiya, yanlış geyim tərzi və həyat tərzinin təsiri barədə müxtəlif fikirlər səslənir.
Həkim-onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museybov “TV Müsavat”ın bu qonağı olub. O, xərçəng xəstəliyinin artma səbəblərindən, müalicə prosesindəki dəyişikliklərdən, qadınlarda xəstəliyin daha çox yayılmasının səbəblərindən və insanların gündəlik həyatlarında nələrə diqqət etməli olduqlarından danışıb.
Musavat.com həmin videomaterialı təqdim edir:
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ