İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Usubov Şoyqu ilə görüşdü

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 5 noyabrda Moskvada keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin on üçüncü iclasında iştirak edib.

Musavat.com xəbər verir ki, iclasda çıxış edən Usubov Azərbaycanın bu istiqamətlərdə atdığı addımlar, ölkədə görülən işlər, habelə Cənubi Qafqazda sülhün və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Tədbir çərçivəsində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş baş tutub. Görüşdə regional təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyət məsələləri və hər iki ölkə liderlərinin görüşlərində müəyyənləşdirilən prioritetlər nəzərə alınmaqla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR