Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Biz faktiki olaraq 25 % həcmində tarif tətbiq edəcəyik. Lakin əgər siz avtomobilləri Amerika Birləşmiş Ştatlarında yığırsınızsa, o zaman tariflər olmayacaq”, – o söyləyib.
Trampın sözlərinə görə, rüsumlar aprelin 2-dən qüvvəyə minəcək.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ