İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” Rusiyanı hədələdi: Vaxtınız çatacaq...

Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhər meriyasının etirazlarına baxmayaraq, Ukraynada müharibədə öldürülən vaqnerçilərin dəfn mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, vaqnerçilərin dəfn mərasimində onlarla insan iştirak edib.

Qeyd edək ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti müharibədə öldürülən muzdluların Qoryaçiy Klyuç şəhərində dəfn edilməsini tələb etmişdi. Qoryaçiy Klyuç meri Sergey Belopolski muzdluların şəhərdə kütləvi şəkildə dəfn edilməsinin düzgün olmadığını bildirmişdi. Məhz bundan sonra “Vaqner” rəhbəri Yevgeni Priqojin hədələyici videomüraciət yayaraq, merin israrına baxmayaraq, dəfn mərasimlərinin baş tutacağını bildirmişdi.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR