İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”çilər Ukrayna tərəfinə keçən muzdlunu edam etdi - Foto

Rusiyanın Suriya, Afrika və Ukraynada xüsusi qəddarlığı ilə tanınan “Vaqner” özəl hərbi şirkəti bu günlərdə yeni aktı ilə gündəmə düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner” ÖHŞ-yə yaxın teleqram kanalları Ukraynaya qaçmış keçmiş muzdlu döyüşçü Yevgeni Nujinin qətlinin videosunu yayıb.

Videoya verilən şərhdə “satqın cəzalandırıldı” deyilir.

Yevgeni Nujin qətlə görə cəza çəkdiyi Rusiya həbsxanalarından birində “Vaqner” ÖHŞ-yə götürülüb və Ukraynaya göndərilib.

Sentyabrın əvvəlində isə o, Ukrayna silahlı qüvvələrinə təslim olub. Yevgeni Nujin hətta ukraynalı jurnalist Yuri Butusova müsahibə verib və orada Rusiyanın siyasətini və təcavüzkar müharibəni tənqid edib. Keçmiş muzdlunun sözlərinə görə, o, “Vaqner”ə məhz mümkün qədər tez təslim olmaq və Ukrayna silahlı qüvvələrinin tərəfində döyüşmək məqsədi ilə daxil olub. Bundan başqa, Nujin müharibə başa çatdıqdan sonra Ukraynada qohumlarının yanında qalmağa ümid edirmiş. İnternetdə yayılan videoda Nujin noyabrın 11-də Kiyevdən oğurlandığını, gözünü bir zirzəmidə açdığını və orada “mühakimə olunacağını” bildiyini deyir. Bundan sonra onun başını böyük çəkiclə əzirlər. “Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin qətlin videolentini “əla rejissor işi” adlandırıb və “ədalətli” olduğunu bildirib. Rusiya mediası “Vaqner” ÖHŞ-nin Suriyadakı əməliyyatlarda da hərbi əsirlərin başının çəkiclə əzilməsi praktikasından tez-tez istifadə etdiyini yazıb.

Musavat.com

WhatsApp Image 2022-11-14 at 15.14.44 (1).jpeg (122 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR