Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən 23,279 milyard dollar artıb.
Musavat.com bu barədə "Bloomberg Milyarderlər İndeksi"nə istinadən xəbər verir.
Qeyd olunub ki, ilin əvvəlindən "Lukoyl"un təsisçisi Vahid Ələkbərov 7,83 milyard dollar qazanıb və sərvəti 23,2 milyard dollara yüksəlib.
“Evroxim” və SUEK-in keçmiş əsas sahibi Andrey Melniçenkonun sərvəti isə 3,47 milyard dollar artaraq 16,6 milyard dollara çatıb.
Eyni zamanda təbii qaz istehsalçısı "Novatek" şirkətinin səhmdarı Gennadi Timçenko 3,31 milyard dollar qazanıb. Hazırda onun sərvəti 15,1 milyard dollardır.
Məlumata görə, ən böyük itkiləri Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov verib. Belə ki, onun sərvəti 1,55 milyard dollar azalaraq 7,44 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları özündə əks etdirən "Bloomberg Milyarderlər İndeksi"ni dərc edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ