İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahe Ovannisyan: Ermənistanın əsl bəlası Paşinyandır


Ermənistanda bir çoxları İran İslam Respublikasının prezident seçkilərində Məsud Pezeşkianın qələbəsindən narahatdır (əsasız deyil). Bundan əvvəl biz Baydenin ehtimal olunan məğlubiyyətindən narahat idik. Lukaşenko çoxdan “azərbaycanpərəst” olub, Putin isə “Ərdoğanın müttəfiqidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan “Alternativ layihələr” qrupunun revanşist eksperti Vahe Ovannisyanın Telegram kanalındakı statusunda əks olunub.
“Bəlkə də bütün bu narahatlıqlar əsaslıdır, lakin biz hələ də düzgün nəticəyə gəlməmişik - artıq bir neçə ildir.

1. Tehranda, Vaşinqtonda, Moskvada, Tiflisdə və Ankarada eyni vaxtda Azərbaycanpərəst qüvvələr hakimiyyətə gəlsə, Ermənistanda real dövlət təfəkkürünə malik hökumət fəaliyyət göstərsə belə, Ermənistan öz maraqlarını qoruya biləcək.

2. Tehranda, Vaşinqtonda, Moskvada, Tiflisdə və Ankarada eyni vaxtda hakimiyyətə ermənipərəst qüvvələr gəlsə, Ermənistanda indiki kimi fəlakətli hakimiyyət olsa belə, bizi heç nə xilas etməyəcək”,-deyə o yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR