Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan bu gün İrəvanda saxlanılıb.
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi keçmiş iqtisadiyyat naziri Vaqan Kerobyan işi üzrə aparılan istintaqla bağlı yeni məlumat yayıb.
Komitənin məlumatına görə, 2008–2014-cü illərdə fəaliyyət göstərən cinayətkar təşkilat İrəvan bələdiyyəsinə məxsus 74 hektar torpaq sahəsini saxta sənədlərlə ələ keçirib və bu torpaqları milyonlarla dollar kredit götürmək üçün girov qoyub.
İstintaq nəticəsində təşkilatın üzvləri müəyyən edilib, onların evlərində onlarla axtarış aparılıb və iş üçün əhəmiyyətli dəlillər götürülüb.
12 nəfərin saxlanılması barədə qərar verilib, onlardan 7 nəfər artıq həbs olunub.
Kerobyanın adı işdə hallanır, lakin onunla bağlı ittiham və ya rəsmi açıqlama hələlik verilməyib.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ