Onlayn ictimai-siyasi qəzet
Müğənni Vüsal Hacıyev qalmaqallı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, həmkarı Üzeyir Mehdizadənin ifalarını sərt şəkildə tənqid edib.
Onun sənətinin gənclərə və gələcək nəsillərə pis nümunə olduğunu deyən ifaçı bu sözlərlə etriazını bildirib:
"Şəxsiyyətindən danışmıram. Mən verilişlərə gədendə Üzeyir Mehdizadənin adını çəkirlər və deyirler ki, Azərbaycanda onun qədər baxış sayı yığan ifaçı yoxdur, Özbəkistanda , Türkmənistanda onun kimi konsertlər verən yoxdur. Bunu nümunə göstərirlər. Bunun özünü nümunə göstərmək özü bir faciədir . Orda musiqi yoxdur, orda ifaçılıq yoxdur. Musiqinin M hərfi yoxdur. Gələcək nəsillərə necə nümunə göstərmək olar ki, gəlin bundan ibrət götürün, bunun kimi oxuyun? O zaman gedin konservatoriyanı bağlayın, elələrini nümunə göstərin , gənclər onun kimi oxusun. Azərbaycan musiqisi o deyil. Nə olsun ki, uğur qazanıb. Uğur qazanıbsa o demək deyil ki, o yaxşıdır. Azərbaycan musiqisinin kökü var , Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev.. Ucuz musiqini aktuallaşdıranda hamı da o səpgidə mahnılara üz tuturlar".
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ