İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzaq Şərqdə müharibə gərginliyi – Hərbi müdaxiləyə yol açacaq qərar

Yaponiyanın bu yaxınlarda yenilədiyi milli təhlükəsizlik strategiyasına Şimali Koreyadan sərt təpki gəlib.

Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada Tokionun yeni təhlükəsizlik strategiyasının Koreya yarımadası və Şərqi Asiya bölgəsində ciddi təhlükəsizlik böhranına səbəb olduğu iddia edilib.

Pxenyan Tokionun yeni siyasətinin bölgədəki təhlükəsizlik mühitini əsaslı şəkildə dəyişdirdiyini düşünür:

“Bir daha xatırladırıq ki, bölgədəki mürəkkəb təhlükəsizlik durumunda fundamental hüquqlarımızı qorumaq üçün cəsarətli və qətiyyətli hərbi tədbirlər görmək hüququmuz var”.

“Yaponiyanın səhv və çox təhlükəli seçim etdiyini tezliklə titrəyərək öyrənəcəyi” bildirilən açıqlamada hansı hərbi tədbirlərin görüləcəyi ilə bağlı detallar deyilməyib.

Şimali Koreya rəhbərliyinin son açıqlaması ilə yeni ballistik raket sınaqlarına işarə etdiyinə dair şərhlər verilir.

Yaponiya hökuməti müdafiə strategiyasını yenidən nəzərdən keçirib. Yaponiya ətrafında getdikcə çətinləşən geosiyasi situasiya qarşısında hökumət təhlükəsizlik strategiyası ilə bağlı 3 sənədə yenidən baxıb. Bu kontekstdə Yaponiyanın hücumların qarşısını almaq üçün başqa bir ölkənin ərazisinə birbaşa əks-hücum etməyə imkan verəcək hərbi imkanlar əldə edə biləcəyi açıqlanıb.

Həmçinin 2027-ci ilə qədər illik müdafiə büdcəsinin ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırılacağı bildirilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR