İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST Ebolaya qarşı 2 preparat tövsiyə etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun törətdiyi xəstəliyin müalicəsi ilə bağlı ilk təlimatı dərc edib. Bu təlimat monoklonal anticisimlərin iki preparatının istifadəsi ilə bağlı yeni tövsiyələri ehtiva edir.

Təşkilat iki monoklonal anticisimlər preparatı mAb114 (Ansuvimab; Ebanga) və REGN-EB3 (Inmazeb) ilə bağlı tövsiyələri dərc edib. ÜST dünya birliyini bu həyati vacib preparatlara çıxışı genişləndirməyə çağırır.

Qeyd olunub ki, Ebola xəstəliyinin bundan əvvəlki yayılma halları göstərib ki, erkən diaqnostika və baxım terapiyası, yəni maye və elektrolit ehtiyatlarının doldurulması və simptomların müalicəsindən istifadə etməklə əhəmiyyətli dərəcədə sağalma şanslarını artırmaq olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR