İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaqlarımızın adını Bayraktar qoyuruq” - VİDEO

Azərbaycanda keçirilən Bakı Forumuna qatılan Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenkoda qatılıb.

Musavat.com xəbər verir ki o, “Haber Global”la müsahibə verərək bildirib ki, Rusiya dünyanın quruluşunu dəyişmək istəyir:

“İlk növbədə, Putin hakimiyyətdə qalmaq istəyir. Onun ətrafındakılar rus xalqından hər şeyi oğurlayıblar və onlar da hakimiyyəti saxlamaq istəyirlər. Rəqabəti məhv etmək istəyirlər. Putin yeni Böyük Pyotr olmaq və imperiyanı diriltmək istəyir. O, ukraynalıların dilinə, tarixinə məhəl qoymur. Dəyişdirə bilmədiyi şeyi məhv etmək istəyir”.

“Biz Türkiyəyə minnətdarıq. Türkiyə bizə hərbi yardım edən ilk ölkələrdən biri olub. Əgər bu yardımı almasaydıq bu gün bu vəziyyətdə olmaya bilərdik. Xüsusilə “Bayraktar” PUA-larına minnətdarıq. İndi uşaqlarımıza “Bayraktar” adı veririk. Prezident Ərdoğana vasitəçilik səylərinə görə təşəkkür edirik. Biz Türkiyənin mövqeyini anlayırıq. Ümid edirik ki, o, Rusiyaya, xüsusən də oliqarxlara qarşı sanksiyalarla bağlı daha sərt addımlar atacaq”, - deyə Ukraynanın keçmiş birinci xanımı bildirib.

 
Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR