İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID Ermənistana 5 milyon dollar ayırdı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bulud infrastrukturunun tətbiqi üçün "Amazon Web Services" ilə əməkdaşlığa dəstək məqsədilə Ermənistana 5 milyon dollar vəsait ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti baş nazir Nikol Paşinyan və USAID-in rəhbəri Samanta Pauer arasında İrəvanda keçirilən görüşdən sonra yayıb.

Görüşdə Paşinyan Ermənistan-ABŞ Strateji Dialoqu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb və USAID-in Ermənistanda demokratik təsisatların inkişafına yönəlmiş proqramlarını yüksək qiymətləndirib.

"Baş nazir qeyd edib ki, Ermənistan Respublikası hökuməti islahatların həyata keçirilməsi üçün ardıcıl addımları qətiyyətlə davam etdirəcək", - məlumatda deyilir. 

Pauer isə qeyd edib ki, ABŞ administrasiyası Ermənistan hökumətinin demokratiyanın gücləndirilməsi, inkişafı, həmçinin ölkənin dayanıqlığının artırılması üzrə proqramlarını ardıcıl dəstəkləməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR