Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi USAİD tərəfindən maliyyələşdirilən İnternyus təşkilatı ilə tədbirlər keçirib, lakin dezinformasiya ilə mübarizə üçün ABŞ-dan birbaşa və ya dolayı maliyyə almayıb.
Musavat.com xəbər verir ki, nazirlik bu məlumatı TASS-a açıqlayıb.
Fevral ayında The Daily Wire-ın YouTube kanalı Ağ Evin mətbuat katibi Caroline Leavittin keçmiş prezident Co Bayden dövründə ABŞ-ın əvvəlki administrasiyasının xərclərini sadaladığı brifinqinin səs yazısını dərc edib. Leavitt bildirib ki, demokratlar dövründə ABŞ Qazaxıstanda dezinformasiya ilə mübarizə üçün 4,5 milyon dollar ayırıb.
Qazaxıstan tərəfi bunu təkzib edir: "Nazirlik "İnternyus"la birgə media savadlılığının artırılması üçün müxtəlif tədbirlər, o cümlədən media ictimaiyyəti nümayəndələri arasında peşəkar bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif kurslar keçirib. Bununla belə, Nazirliyə birbaşa və ya dolayı yolla heç bir maliyyə vəsaiti daxil olmayıb. Qeyd edək ki, nazirlik öz layihələri çərçivəsində dezinformasiyaya qarşı mübarizə sahəsində müstəqil iş aparır. Bu iş bütün maraqlı dövlət qurumları və ictimai təşkilatların iştirakı ilə həyata keçirilir".
Nazirlik qeyd edib ki, USAID “Mərkəzi Asiya və Qazaxıstanda iqtisadi inkişafı, enerji təhlükəsizliyini, səhiyyəni, insan hüquqlarının müdafiəsini və vətəndaş cəmiyyətini dəstəkləməyə yönəlmiş bir sıra proqramlar həyata keçirib": "Ümumilikdə, USAİD-in 2024-cü ilin sonunda həyata keçirdiyi 28 layihə (iqtisadiyyat, enerji, səhiyyə, vətəndaş cəmiyyəti və media) olub ki, onlardan bəziləri artıq başa çatıb. 2023-2024-cü illərdə bu layihələrin həyata keçirilməsinə 26 milyon dollardan çox vəsait ayrılıb. Ayrı-ayrı layihələr Qazaxıstandan başqa, digər Mərkəzi Asiya ölkələrini də əhatə edir".
Həmçinin bildirilib ki, nazirliyə hələlik Qazaxıstan Xarici İşlər Nazirliyindən USAİD-in respublikada fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi məlumat daxil olmayıb. Mədəniyyət Nazirliyi qeyd edib ki, Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən müvafiq nota aldıqdan sonra bu barədə dövlət qurumlarını məlumatlandırır.
İnternyus nümayəndəliyi 25 ildən artıqdır ki, Qazaxıstanda fəaliyyət göstərir. Təşkilatın saytında verilən məlumata görə, onun tərəfdaşlarından biri USAID-dir.
Musavat.com
25 Mart 2025
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ