İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada hərbi zavodların sahəsi 3 dəfə artıb

Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra Avropada müdafiə sənayesi müəssisələrinin istehsal gücünü artırma tempi 3 dəfə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qəzet 37 şirkətə məxsus 150-dən çox sənaye obyektini araşdırıb və minlərlə peyk görüntüsünü təhlil edib. Təxminən üçdə birində aparılan tikinti işləri açıq şəkildə görünür.

Son üç ildə müdafiə sənayesində ən böyük layihələrdən biri Almaniyanın “Rheinmetall” şirkəti ilə Macarıstanın dövlət müdafiə holdinqi №7-nin ortaq layihəsi olub. Macarıstanın qərbində yerləşən müəssisədə hazırda KF41 Lynx piyada döyüş maşınları üçün 30 mm-lik sursat istehsal olunur. Gələcəkdə burada Leopard 2 və Panther tankları üçün də müxtəlif tip sursatların istehsalı planlaşdırılır.

“Financial Times” qeyd edir ki, Avropada silahlanma prosesi sürətlənir və istehsal sülh dövrünə xas səviyyədən “daha davamlı müharibə aparmaq üçün sənaye bazasının yaradılması” istiqamətinə keçir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR