İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya “Rostex” rəhbərliyini çirkli pulla yaxaladı

İspaniyanın İqtisadi və Vergi Cinayətləri ilə Mübarizə Mərkəzi İdarəsi (UDEF) “Rostex”in birinci müavini Vladimir Artyakovun ailə üzvləri vasitəsilə 16 milyon avronu leqallaşdıraraq Kosta-Bravada “lüks villa” və digər daşınmaz əmlaklar aldığını ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalif telegram kanalları məlumat yayıb.

Araşdırmaya görə, Artyakov 97 yaşlı qayınanası Anna Kurepinanın adına 14 milyon avroluq 8 daşınmaz obyekti, “Porsche Cayenne” və digər avtomobili rəsmiləşdirib. Daha sonra əmlakların sahibi onun oğlu Dmitri Artyakov olub.

İstintaq həmçinin “Troika Landromat” adlı iri miqyaslı ofşor şəbəkə ilə əlaqəli “Dino Capital SA” və “Digimarket Holdings Limited” şirkətlərinin bu sxemdə rol oynadığını aşkarlayıb.

Sxemdə Artyakovun qızı Tatyana və “Rostex”ə daxil olan “Avia Capital-Service” şirkətinin direktorunun bacısı Mariya Baer Paxomova da yer alıb. Onun üzərində Sergey Çemezova (“Rostex” rəhbəri) aid investisiya sənədləri və 110 min avro aşkarlanıb.

İstintaq materiallarında Çemezovun qohumlarının S’Agaro Veldə bazar dəyərindən aşağı qiymətə villa alması ilə bağlı oxşar sxem də qeyd olunub. Qalan vəsait alınan obyektlərin təmiri və Artyakovun adına sığorta polisinin ödənişinə sərf olunub.

İyul ayında keçirilən axtarışlarda 220 min avro nağd pul və Lexus 350 markalı avtomobil tapılıb.

Prokurorluq Dmitri Artyakovun 1 milyon avro girov qarşılığında həbsini tələb edib və əməliyyatın əsas təşkilatçısı kimi Vladimir Artyakovun adını çəkib.

İş ümumi dəyəri 35 milyon avro olan çirkli pulların yuyulması və Rusiya büdcəsindən “Hermitage Capital Management” fondu vasitəsilə 200 milyon avrodan çox vəsaitin mənimsənilməsi ilə bağlı geniş istintaq çərçivəsində aparılır.

Araşdırma “Troika Landromat” sızmaları əsasında “El Periódico”, “The Guardian”, “Süddeutsche Zeitung” və digər 20 media tərəfindən də təsdiqlənib. Bu sxem vasitəsilə Rusiyadan təxminən 8,8 milyard ABŞ dolları dəyərində vəsait ofşorlara çıxarılıb və leqallaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR