İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yüksəlişini dayandıra bilmirik - ŞOK ETİRAF

Yunanıstanın “Kathimerini” qəzeti bölgədə dəyişən güc balansını təhlil edərək Türkiyənin yüksələn rolunu qəbul edib və Ankaranın təsirinin məhdudlaşdırılması çağırışı edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Sabah” qəzetində məlumat yayılıb.

Qəzetin yazdığına görə, qlobal güc münasibətlərində dəyişikliklərin baş verdiyi bir dövrdə Yunanıstan zəif və gecikmiş addımlar atarkən Türkiyə Suriya, İraq, Livan və Qəzza da daxil olmaqla regionda “qarant” rolunu gücləndirir, yeni təhlükəsizlik və sülh mexanizmlərində söz sahibi olmağa çalışır.

Məqalədə Ankaranın İtaliya kimi ölkələrlə ikitərəfli razılaşmalar bağlayaraq Avropa İttifaqının ortaq qərarlarını yan keçməyə çalışdığı, Cənubi Qafqazdan Afrikaya qədər mühüm problemlərin həllində və enerji layihələrində aktiv rol oynadığı qeyd olunur.

“Türkiyə Yunanıstanın mövcud vəziyyətindən istifadə edərək bölgədə qərarvermə monopoliyasını ələ keçirməyə çalışır”, - qəzet vurğulayır.

“Kathimerini” Afinanın suveren hüquqlarını qorumaq üçün daha irəli getməsini, Orta Şərqdə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə əlaqələri dərinləşdirərək balans yaratmasını, həmçinin Türkiyənin enerji layihələrinə mane olmasının qarşısını almaq üçün planlı addımlar atmasını tövsiyə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR