Onlayn ictimai-siyasi qəzet
Avqustun 12-də Tatarıstan ərazisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, ASTRA-nın məlumatına görə, Kazan, Nijeqamsk, Yelabuqa və Naberejnıye Çelnıda hava hücumu siqnalı çalınıb.
Almetyevsk sakinləri yerli çatlarda yanğınsöndürənlərin təcili sirenlə harasa getdiyini yazıblar. ASTRA-nın izləyiciləri isə Naberejnıye Çelnıdan Nijeqamsk (Beqișevo) hava limanı istiqamətinə yanğınsöndürən maşınların hərəkət etdiyini bildiriblər.
Mənbələrin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Tatarıstanın Kzıl-Yul qəsəbəsində yerləşən “Shahed” dronlarının saxlandığı terminalı ikinci dəfə hədəfə alıb. Hücum nəticəsində binada yanğın ocaqları qeydə alınıb.
Xatırladaq ki, həmin obyekt avqustun 9-da da SBU tərəfindən vurulmuşdu. Yerli sakinlərin çəkdiyi videogörüntülər zərbənin nəticələrini təsdiqləyir.
@@TVmusavat/124074@@
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ