Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ABŞ vasitəçiliyi ilə imzalanmış erməni-azərbaycan deklarasiyasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Ter-Petrosyan vurğulayıb ki, hökumət sənədi böyük həvəslə öz mühüm nailiyyətlərindən biri kimi təqdim edir, parlament müxalifəti isə sənətdə yalnız mənfi tərəflər görür və onun dağıdıcı nəticələri barədə xəbərdarlıq edir.
Keçmiş prezident özü isə hələlik şərh verməkdən çəkinir:
“Düşünürəm ki, sənədi yalnız faktiki qüvvəyə mindikdən sonra müzakirə etmək olar. Məni narahat edən odur ki, dost İran rəsmilərinin qiymətləndirmələrində fikir ayrılığı var, Rusiya isə demək olar ki, tamamilə səssizdir. İran diplomatiyası çox incədir və bəzən onu dərhal anlamaq olmur. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Ermənistanın müstəqilliyinin bərpasından bəri İran heç vaxt ölkəmizə qarşı iddia və narazılıq bildirməyib, həmişə ehtiyaclarımıza müsbət reaksiya verib. Son 30 ildən çoxdur ki, münasibətlərimizdə heç bir anlaşılmazlıq görməmişəm”.
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ