Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl - avqustun 13-də Avropa ölkələrinin liderləri və Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı "NBC News" yayıb.
Amerika liderinin zənginin Zelenskinin Avropa ölkələrinin nümayəndələri ilə danışıqlarından sonra baş tutacağı gözlənilir. Söhbətdə Trampla yanaşı, ABŞ-ın vitse-prezidenti J.D.Vens də iştirak edəcək.
Telekanalın qeyd etdiyinə görə, Zelenski ilə bəzi Aİ ölkələrindən əlavə, Böyük Britaniya və Kanadanın da daxil olduğu Kiyevi dəstəkləyən ölkələrin koalisiyasının nümayəndələri arasında danışıqların növbəti raundu bundan sonra baş tutacaq. Tramp və Vens artıq bu çağırışda iştirak etməyəcəklər.
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ