Onlayn ictimai-siyasi qəzet
Bu gün Güney Azərbaycanın Urmiya şəhərində qızlar məktəbində baş verən yanğın 18 şagirdin zəhərlənməsinə səbəb olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, Urmiyada qızlar məktəbinin siniflərindən birində meydana gələn yanğına görə hadisə yerinə təcili yardım və yanğınsöndürən qüvvələri göndərilib.
Qeyd edək ki, yanğın nəticəsində tüstüdən zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıblar. Yanğının hansı səbəbdən baş verməsi isə hələlik bəlli deyil.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ