İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitet müəllimi binadan yıxılıb ÖLDÜ

Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində bir nəfər binadan yıxılaraq ölüb.

Hadisə səhər saatlarında Boevaya küçəsində baş verib. Bir nəfərin çoxmərtəbəli yaşayış binasının pəncərəsindən yıxılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis onun öldüyünü müəyyən edib.

Müəyyən edilib ki, vətəndaş 18-ci mərtəbədəki eyvandan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda araşdırma aparılır.

Məlumata görə, 37 yaşlı mərhum sağlam həyat tərzi keçirib, içki içməyib, siqaret çəkməyib, Ulan-Udedəki universitetlərdən birində müəllim işləyirmiş. (referans.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR