Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən “Möhtəşəm akademik performans” mükafatına layiq görülüb.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, IAAR Avrasiya Universitetləri Reytinqi (IAAR-EUR) metodologiyası rəqəmsal platforma əsasında hazırlanıb:
"Reytinq universitetlərin fəaliyyətləri barədə təqdim etdikləri məlumatlar, eyni zamanda ekspert rəyləri əsasında müəyyən edilir. Reytinqdə akademik göstəricilər 70%, beynəlxalq ekspertlər tərəfindən ali təhsil müəssisələrinin reputasiyasının və işəgötürənlərin rəylərinin qiymətləndirilməsi 30% təşkil edir. Beynəlxalq IAAR EUR Reytinqində əsas meyarlar təhsilin keyfiyyəti (20%), elmi potensial (30%), universitetin beynəlxalq təhsil məkanına inteqrasiyası (20%) və akademik reputasiyadır (30%)".
02 Fevral 2025
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ