İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan o azərbaycanlını həbs etdirdi! İrəvanın mərkəzində "Qarabağ" oxumuşdu - TƏFSİLAT və VİDEO

İrəvanda Respublika meydanında "Anadır arzulara hər zaman Qarabağ", mahnısı oxuduğuna görə İran azərbaycanlısı saxlanılıb. Musavat.com Shamshyan.com xəbər portalının məlumatına əsasən bildirir ki, İran vətəndaşı olan soydaşımız xuliqanlıq bəhanəsi ilə Ermənistan polisi tərəfindən həbs edilib.

Musavat.com bu barədə yazıb və indiki xəbərdə də görüntüləri təqdim edirik. Hadisə Respublika meydanında baş verib: İrəvanda turist kimi bulunan Güney Azərbaycandan olan soydaşlarımız "Qarabağ" mahnısını səsləndirərək, rəqs ediblər. Bu videonu da internetdə Müstəqil Strategi Araşdırmalar Mərkəzinin sahibi Qərib Babayan yayıb. Onun paylaşımını isə on minlərlə insan təkrar paylaşaraq, hadisə statusuna yüksəldiblər. Nəticədə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin sorğusu əsasında videonu yayan Qərib Babayan saxlanılıb. Ardınca isə o videoda olan Güney Azərbaycanlı qardaşımızı isə erməni polisi həbs edib. Erməni saytları yazır ki, saxlanılan şəxs polis tərəfindən uzun zaman izlənilib və daha sonra tutulub. Onun kimliyi və harada saxlanıldığı barədə ətraflı məlumat verilmir.

Kənar müşahidəçilər bu hadisəni Ermənistanın azərbaycanlılara və ümumilikdə türk mənşəli şəxslərə qarşı sərgilədiyi qeyri-tolerant münasibətin bir nümunəsi kimi qiymətləndirirlər. Ermənistanın rəsmi dairələri bu cür hadisələrə qarşı həssas yanaşaraq onları milli təhlükəsizlik məsələsi kimi qəbul edirlər.

Ermənistan və İran arasında mövcud diplomatik münasibətləri nəzərə alsaq, İran vətəndaşının saxlanılması İrəvan-Tehran əlaqələrinə hansısa təsir edib-etməyəcəyi də maraq doğurur.

Qeyd edək ki, İrəvanda və ümumiyyətlə Ermənistan ərazisində Azərbaycan mədəniyyətinə və dilinə qarşı sərt münasibət mövcuddur.
Hadisə ilə bağlı İranın Ermənistandakı səfirliyinin rəsmi mövqeyi hələ ki, açıqlanmayıb. Saxlanılan şəxsin harada olduğu və ona qarşı hansı ittihamların irəli sürüləcəyi barədə dəqiq məlumatların yaxın günlərdə verilməsi gözlənilir.

Hadisədən şəxsən Nikol Paşinyanın məlumatlı olduğu iddia edilir.

Bu adam da bir yandan “Qarabağ Azərbaycandır” deyir, digər tərəfdən də “Anadır arzulara hər zaman Qarabağ” oxuyanları da, onun videosunu yayanları da görə həbs etdirir...

@@TVmusavat/107236@@


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR