İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərvə Özbəyin həyat yoldaşı SAXLANILDI

Türkiyəli müğənni Mərvə Özbəyin həyat yoldaşı, iş adamı Kənan Koçak saxlanılıb.

O, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Dəstələrinin dünən Ədirnədə keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında Ədirnə KOM şöbə müdiri Mehmet Deniz Karakurt da olub.

Onlar İstanbulda davam edən istintaqdakı şübhəlilərdən birini Ədirnədən xarici ölkəyə qanunsuz keçidinə şərait yaratmaqda ittiham olunurlar.

Qeyd edək ki, Mərvə ilə Kənan 2020-ci ildə ailə qurub. Cütlüyün 2 övladı var.//Axşam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR