İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC komandası TEXNOFEST-in finalına yüksəlib

 

UNEC tələbələrinin “AgroBot” komandası dünyanın ən böyük texnoloji yarışlarından olan TEXNOFEST-in finalına yüksəlib.

Komanda TEXNOFEST-ə kənd təsərrüfatı sahəsində istifadə ediləcək və süni intellektin tətbiq olunduğu yerüstü nəqliyyat vasitəsi layihəsini təqdim edib. Layihədə təqdim olunan pilotsuz cihaz süni intellekt vasitəsilə zərərli bitkiləri müəyyənləşdirərək məhv edəcək.

Komandanın kapitanı UNEC-in MBA üzrə magistr tələbəsi Məhəmməd Rəhimovdur, üzvləri isə Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisasının tələbələri Türkan Bəşirli, Ayşən Əhmədova, Mühəndislik fakültəsinin tələbələri Məhəmməd Məmmədov və Kənan Mustafayevdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR