Onlayn ictimai-siyasi qəzet
Çadda daşqınlar səbəbindən 500-dən çox adam ölüb.
Bu barədə Çadın Humanitar Məsələlərin Əlaqələndirilməsi Bürosu məlumat yayıb.
Qeyd edilir ki, ümumilikdə 503 nəfər həlak olub. Ölüm halları ən çox Sahara səhrasının mərkəzində yerləşən Tibesti bölgəsində qeydə alınıb (83 nəfər). Daşqınlardan 318 mindən çox ailə zərər çəkib.
Məlumata görə, təbii fəlakət ölkənin bütün 23 rayonunu əhatə edib, 212 minə yaxın yaşayış binası dağılıb, təqribən 357 min hektar sahədə kənd təsərrüfatı məhsulları məhv olub.
Qərbi və Mərkəzi Afrikada daşqınlar təxminən 4 milyon insana zərər verib. Ən çox ziyan şəkən ölkələr Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyadır.//Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ