Onlayn ictimai-siyasi qəzet
Dahi bəstəkar Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan 12 dəqiqəlik əsərinin partiturası Leypsiq (Almaniya) musiqi kitabxanasında tapılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyə kitabxanalarının mətbuat xidmətindən məlumat verilib.
Söhbət Karl Ferdinand Bekerin kolleksiyasındakı "Serenate ex C" əsərindən gedir.
Motsartın bu əsəri 1760-cı illərin ortalarında və sonlarında yazdığı güman edilir.
Qeyd olunub ki, kitabxanada tapılan partitura bəstəkarın orijinal əlyazması deyil, təxminən 1780-ci ildə hazırlanmış nüsxədir. Dahi bəstəkarın əsərini kimin yenidən yazdığı məlum deyil.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ